Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynanın Rusiya Federasiyası ərazisində NATO silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin ləğvini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cozef Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz daha çox hava hücumundan müdafiə sistemlərinin, xüsusən “Patriot”un təmin edilməsinin zəruriliyini müzakirə etdik, həmçinin Ukraynanın Rusiya ərazisində təchiz edilmiş silahlardan hücum məqsədli istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırdıq. Bu, hazırda sürət qazanan müzakirədir”, - deyə Borrell qeyd edib.
Bizim.Media