Nazpəri: “Mərhum bacım Zeynəblə məni düşmən edən radio aparıcısı idi” – VİDEO 

“O illərdə bacım Zeynəb Dostəliyeva fəaliyyətdə və səhnədə olsaydı, məndən də uca zirvələrdə olardı. Zeynəbin sənətinin qarşısını alan ailə həyatı oldu. Onun həyat yoldaşı istəmədi və icazə vermədi. Sonra son zamanlar efirlərdə göründü. Çünki həyat yoldaşı dünyasını dəyişdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “O üz” verilişində deyib. 

Sənətçi mərhum bacısı, həmkarı Zeynəb Dostəliyeva ilə aralarına girib onları düşmənə çevirən şəxsin məşhur aparıcı olduğunu bildirib: 

“Bacım mənə deyirdi ki, sən anamıza oxşayırsan. Səbirlisən… Sən haqqında xoşagəlməz nəsə eşidəndə belə susmağı bilirsən. Amma mən susa bilmirəm. Bacım Zeynəb çılğın idi. Ona bir söz deyəndə həmin dəqiqə inanırdı. Amma mən ona deyəndə ki, başqalarının sözünə inanma, deyirdi ki, yox. Onda belə bir fikir yaranmışdı ki, mən icazə vermirəm efirlərə çıxsın. O hətta efirlərə çıxanda belə bu sözləri dedi. Sonra da biz bu məsələlərə öz aramızda aydınlıq gətirdik.

Mən bacımla elə bir ünsiyyət yaratdım ki… Ona dedim ki, sən niyə başqasının sözü ilə oturub-durursan. Bir şəxs biz bacıların arasına elə bir hədd çəkdi ki, mənim qəlbim və ürəyim sındı. Amma mən hər zaman susdum. Çünki o məndən böyük idi. Ona heç zaman cavab qaytarmazdım. Radioda çalışan bir populyar aparıcı mənə zəng edib deyirdi ki, “Bacınız Zeynəb sizin haqqınızda belə dedi…” Ona deyirdim ki, “Siz mənim bacımı tanıyırsınız. Siz nə deyirsinizsə, o da inanır. Özünüzü yığışdırın. Siz münaqişəni iki bacı arasında yaratmayın. Amma mən bacıma heç zaman heç nə demədim”.

Həmin o aparıcı məni görəndə qaçır. Çox sağ ol, filankəs. Sən iki bacının arasına girib, mənim bacıma elə sözlər dedin ki, onu elə inandırdın ki… Bacım mənə bunları deyəndə dəli oldum, başıma hava gəldi. Heç düşmənçilik də belə olmaz. Guya mən bacımın qarşısını kəsmişəm və ona efirlərə çıxmasına qadağa qoymuşam. Mən kiməm ki? Kim idim ki, nəinki bacıma, kiməsə qadağa qoyum televiziyada… Mən bacımla qürur duyurdum, onunla fəxr edirdim. Mən o adamları da qınamıram. Çünki insanlar hər zaman bir tərəfi dinləyir. İnsanlar bir tərəfdən informasiya alırdı. Mən heç zaman heç nə demədim. Hər zaman susurdum”. 

Nazpəri mərhum bacısını ona düşmən edən həmin aparıcını efirdə ifşa edib: 

“Mənimla bacım Zeynəbin arasına girən adamlar… Sonra hər şeyi bacım mənə danışdı. Bacımın həyat yoldaşı həmin aparıcı ilə yaxın münasibətdə idi, dost idilər. O aparıcıda isə efirə çıxarma səlahiyyəti vardı. Bacımın həyat yoldaşı o aparıcıya müraciət edəndə ki, Zeynəbi efirə çıxar, o deyirdi ki, mütləq çıxaracağam. Sonra görəndə ki, yalan danışır, deyirdi ki, Zeynəbin bacısı Nazpəri icazə vermir onu efirə çıxarım”. 

“Bacım Zeynəb evimə gəldi. Mən həmin o radio aparıcısına zəng vurdum, diktofonu açdım. O radio aparıcısı danışdı, bacım isə eşitdi. O dedi ki, mən elə söz deməmişəm. Bacım isə söylədi ki, sənə ayıb olsun. Axı, necə deməmisən? Demisən ki, Nazpəri sənin yolunu bağlayıb. Bunları kişi aparıcı deyib. Qadın olsa, deyərəm ki, qadındır da. Çox istərdim ki, bacım sağ olsun, yanımda əyləşsin, bu məsələlərə aydınlıq gətirək. Mən həmin aparıcının adını da çəkərdim.

Bacımın son illər başına çox sayda xoşagəlməyən əhvalatlar gəldi. Sözsüz ki, bir bacı olaraq onun arxasında durdum. Halal xoşu olsun. Uşaqları mənə deyirlər ki, anama etdiklərini halal et. Mən də deyirəm ki, halal olsun”.
Qeyd edək ki, Z.Dostəliyeva ötən ilin fevralın əvvəlində dünyasını dəyişib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

End of content

No more pages to load

RADİO