İran ilə Ermənistan arasında münasibətləri formalaşdıranlardan biri də Ruben Vardanyan olub - FOTO

İran ilə Ermənistan arasında münasibətləri formalaşdıranlardan biri də erməni milyarder Ruben Vardanyan olub.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən olan “Jerusalem Post” qəzetində dərc olunmuş “Ermənistan-İran əlaqələrinin möhkəmlənməsi” sərlövhəli məqaləsində yazıb.

Qeyd olunub ki, çirkli pulların yuyulması ilə də məşğul olan Ruben Vardanyan mütəşəkkil cinayətkar təşkilat yaradıb və erməni milyarderin cinayətkar əməlləri sırasına müxtəlif transaksiyaların saxtalaşdırılması da daxil imiş. Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma başladıqdan sonra adıçəkilən şəxs aktivlərini və hesablarını Qərbin sanksiyalarından qorumaq üçün doğulduğu və fəaliyyət göstərdiyi vətəni Rusiyanın vətəndaşlığından imtina edib. Bununla da mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib.

Rusiyanı tərk edən Vardanyan Ermənistana, oradan da Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə keçərək separatçı rejimin dövlət naziri təyin edilib və aparıcı simalarından olub.

Müəllif terrorizmi və separatizmi maliyyələşdirmə, habelə başqa dövlətin sərhədini qanunsuz keçmə kimi ittihamlarla hazırda Azərbaycanda həbsdə saxlanılan Vardanyanın Rusiya-Ukrayna münaqişəsində tutduğu mövqeyə, habelə qanunsuz iqtisadi fəaliyyətinə görə Ukrayna və Qərb tərəfindən sanksiyaya məruz qalması faktına da diqqət çəkib.

Həmçinin diqqətə çatdırılıb ki, Vardanyan Tehran hökumətinin təsdiq etdiyi məruzəçilərin iştirakı ilə müxtəlif ölkələrdə tədbirlər təşkil edən Qorçakov Fondu vasitəsilə İran-Ermənistan münasibətlərinin koordinasiyası və irəliləməsi istiqamətində əhəmiyyətli fəaliyyət göstərib.
Belə ki İran mətbuatına müsahibəsində iranlıları və erməniləri qədim tarix, ortaq mədəniyyət və sivilizasiyanın birləşdirdiyini vurğulayan Vardanyan bəyan edib ki, İran ermənilərin Qarabağ uğrunda mübarizəsində erməni xalqının naminə deyil, öz maraqları naminə iştirak etməlidir.

Müsahibədə İrəvandakı Azərbaycan tarixi-mədəni irsinin abidəsi Göy məscidi İran və erməni xalqları arasında mədəni dostluğun rəmzi hesab etdiyini söyləyən erməni separatçı sözügedən abidənin bərpasının təşəbbüskarı olduğunu da xatırladıb.

Sonda müəllif Vardanyanın ədalətli şəkildə mühakimə olunaraq qanuni cəzasını alacağına ümidini ifadə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Gəncədə ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Gəncədə ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

ABŞ rəsmiləri İranla yeni danışıqlar üçün Pakistana gedir

ABŞ rəsmiləri İranla yeni danışıqlar üçün Pakistana gedir

Lənkəranda avtoservisdə partlayış: Usta yanıq xəsarətləri aldı

Lənkəranda avtoservisdə partlayış: Usta yanıq xəsarətləri aldı

Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO

Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO

Tramp: İran imtina edərsə, ölkədəki hər bir elektrik stansiyası sıradan çıxarılacaq

Tramp: İran imtina edərsə, ölkədəki hər bir elektrik stansiyası sıradan çıxarılacaq

Meteohəssas insanların NƏZƏRİNƏ

Meteohəssas insanların NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO