“Böyük Yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri Ukraynaya vurduğu ziyanı ödəyənə qədər Rusiyanın aktivlərinin dondurulacağını açıqlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın G7-yə sədrliyi çərçivəsində keçirilən görüşdə nazirlərin bəyanatı səsləndirilib.
Bildirilib ki, iyunda keçiriləcək sammitdə G7 ölkələrinin liderlərinin nəzərdən keçirməsi üçün Ukraynaya kreditlərin ayrılması ilə bağlı variantlar təqdim ediləcək.
Qeyd edək ki, İtaliya G7-yə sədrlik edir və iyunun 13-15-də Puglia bölgəsindəki Borqo Eqnaziyada “Böyük Yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək.
Bizim.Media