Boşanmış, işsiz kişilər alimenti necə ÖDƏMƏLİDİR?

Bəzi atalar boşandıqdan sonra sadəcə, həyat yoldaşlarından deyil, sanki doğma övladlarından da “ayrılır”, bütün öhdəliklərini və məsuliyyətlərini unudur, uşaqlarının xərclərini qarşılamaq istəmirlər. Bu zaman tərəflər arasında ziddiyyətlər, çəkişmələr başlayır. Bir çoxları alimenti verməmək üçün bəhanələr gətirsə də, bəzi atalar isə doğurdan da, işsiz olduğu üçün ödəniş edə bilmirlər.

Bəs boşanmış işsiz kişilər alimenti necə ödəməlidir?

Qeyd edək ki, sözügedən problemin qarşısını almaq məqsədilə əvvəlki illərdə “Aliment Fondu”nun yaradılması ilə bağlı təkliflər irəli sürülmüşdü.

Maraqlıdır, “Aliment Fondu” yaradılarsa, hansı mexanizmlə fəaliyyət göstərməlidir?

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya təəssüf hissi ilə bildirib ki, bu mövzu illərdir müzakirə olunsa da, lakin hələ də həllini tapmır:

“Əsas məsələ elə onun mexanizmindədir. İlk olaraq bir data baza yaradılmalıdır. Həmin data bazaya ilkin siyahıda körpə uşağı, əlliliyi olan, yaxud bu və digər səbəbdən işləyə bilməyən analar və atalar qeyd edilməlidir. İkinci bir məsələ, aliment ödəyə bilməyən işsiz qadın və ya kişilərin işlə təmin edilməsidir. Üçüncü, elə edilməlidir ki, bu, əməyin istismarı xarakterini almasın”.

M.Zeynalova qeyd edib ki, Fond tərəfindən ödənilən pulların sonra geri alınması məsələsi də əsas mexanizmdir:

“Mənə görə, çıxılmaz vəziyyətdə olan şəxslər üçün dəstək proqramları olmalıdır. Bu Fonddanmı, ya digər mənbədənmi olmalıdır, deyə bilmirəm. Amma həssas qruplar dəstəksiz qalmamalıdır. Əslində Ailə Məcəlləsində dəyişiklik edib ailələrə dəstək proqramaları maddəsi əlavə edilməlidir. Digər tərəfdən, onlar üçün psixoloji mərkəzləri artırmaq lazımdır. İlkin gərginlik mərhələsində dəstək vermək üçün, münaqişəli ailələrlə işi gücləndirmək lazımdır.

Bütün bunlardan ən vacibi həssas qruplarla işi gücləndirməkdir. Dövlət qurumaları bunların hamısını öhdəsinə götürə bilməz, buna görə də, sahə işlərini QHT-lər həyata keçirməlidir. Hər rayon və kənd üzrə xəritələr hazırlanmalıdır.

Elə məsələlər var ki, onları böyük xərclə yox, sadə yolla, böyük və ürəkdən gələn enerji qoymaqla həll etmək olar. Elə ailələr var ki, onlarla sadəcə söhbət etmək kifayətdir, elələri var ki, dəstəklə, digərlərini isə cəza ilə yola gətirmək olar. Bu baxımdan əhalinin ehtiyacına uyğun təkliflər və paketlər üçün xəritə lazımdır”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

End of content

No more pages to load

RADİO