“Ukrayna Rusiya Federasiyasının beynəlxalq səviyyədə tanınan ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirmək imkanına malik olmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın The Economist jurnalına müsahibəsində bəyan edib.
"Müttəfiqlərin Ukraynaya tədarük etdikləri silahların istifadəsinə tətbiq etdikləri bəzi məhdudiyyətləri aradan qaldırmaq barədə düşünməyin vaxtı çatıb. Çünki döyüşlər artıq Rusiya Federasiyası ilə sərhədə yaxın olan Xarkovda gedir”, - deyə Stoltenberq qeyd edib.
Bununla yanaşı, Stoltenberq NATO ölkələrinin öz hava hücumundan müdafiə sistemlərindən istifadə edərək Ukrayna üzərində Rusiya raketlərini vurması fikrini rədd edib.
O, həmçinin alyans qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxıb: “Bizim Ukraynaya NATO-nun quru qoşunlarını göndərmək niyyətimiz yoxdur”.
Bizim.Media