Avropa İttifaqı (Aİ) Şurası yenilənmiş Şengen Sərhəd Məcəlləsi ilə bağlı razılığa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuatda məlumatlar yayılıb.
Bildirilir ki, məcəllə epidemiyalar zamanı üçüncü ölkə vətəndaşlarının girişini məhdudlaşdırmağa imkan verəcək.
Həmçinin Şengen zonası daxilində sərhədlərin müvəqqəti bağlanması tənzimlənəcək, dövlətlərə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün əlavə imkanlar veriləcək.
Bizim.Media