“Xarici siyasətin qurulması Tehranın suveren hüququ və qərarıdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Belarus danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.
“İran böyük regional gücdür və dünya işlərində mühüm rol oynayır. Bu faciədən (prezident İbrahim Rəsinin helikopter qəzasında həlak olmasını nəzərdə tutur - red.) sonra İran rəhbərliyinin xarici siyasətində, çətin ki, hər hansı dəyişikliklərlə qarşılaşaq", - deyə Putin deyib.
Bizim.Media