“İran prezidenti İbrahim Rəisi müşayiət edən nümayəndə heyəti Rusiya istehsalı olan helikopterlərdən istifadə ediblər, və helikopter problemsiz uçuş gerçəkləşdirib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Belarus danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.
“Müşayiət edənlər iki rus helikopterində olublar. Rusiya istehsalı olan helikopterlər heç bir xüsusi çətinlik çəkmədən eyni şəraitdə, eyni dəhlizdə heç bir problem yaranmadan eniş edib”, - deyə Putin vurğulayıb.
Bizim.Media