Qazaxın 4 kəndi sərhədçilərimizin nəzarətinə keçdi - RƏSMİ 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Mətbuat Xidmətinin məlumatında deyilir. 

Bildirilir ki, qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib. 

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb. 

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. 
Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əbu-Dabidəki üçtərəfli görüşün bəzi detalları AÇIQLANDI

Əbu-Dabidəki üçtərəfli görüşün bəzi detalları AÇIQLANDI

DİM: 1074 taksi sürücüsü test imtahanından uğurla keçdi

DİM: 1074 taksi sürücüsü test imtahanından uğurla keçdi

Könül Kərimovadan tənqidlərə cavab

Könül Kərimovadan tənqidlərə cavab

Azərbaycan çempionatında ikinci günün döyüşləri BAŞA ÇATDI

Azərbaycan çempionatında ikinci günün döyüşləri BAŞA ÇATDI

Bu şəxslərə televiziya kanalında yüksək vəzifə verildi- FOTO

Bu şəxslərə televiziya kanalında yüksək vəzifə verildi- FOTO

Narkotik istifadə edən aktyoru məşhur serialdan çıxardılar

Narkotik istifadə edən aktyoru məşhur serialdan çıxardılar

Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

"Vəziyyət pisə doğru gedir" - Rəşad Sadıqov

"Vəziyyət pisə doğru gedir" - Rəşad Sadıqov

Ən çox stres yaradan peşələr HANSILARDIR

Ən çox stres yaradan peşələr HANSILARDIR

Bakıda restoranda hesaba görə dava düşdü - VİDEO

Bakıda restoranda hesaba görə dava düşdü - VİDEO

Ukraynanın taleyini həll edən üçtərəfli görüş YEKUNLAŞDI - VİDEO

Ukraynanın taleyini həll edən üçtərəfli görüş YEKUNLAŞDI - VİDEO

Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO

Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO

Hakan Fidan: “ABŞ-nin Suriyadan qoşunlarını çıxarmaq üçün açıq istəyi var” - VİDEO

Hakan Fidan: “ABŞ-nin Suriyadan qoşunlarını çıxarmaq üçün açıq istəyi var” - VİDEO

Kloppdan "Real"a ŞƏRT

Kloppdan "Real"a ŞƏRT

“Xəzər axşamı” adından DƏLƏDUZLUQ

“Xəzər axşamı” adından DƏLƏDUZLUQ

“Əbu-Dabidə münaqişənin başa çatma parametrləri müzakirə olunur” - Zelenski

“Əbu-Dabidə münaqişənin başa çatma parametrləri müzakirə olunur” - Zelenski

Bolqarıstan TARİXİNDƏ İLK: Prezident postunu qadın tutdu

Bolqarıstan TARİXİNDƏ İLK: Prezident postunu qadın tutdu

Nüşabə ailəsini itirdiyi qəzadan danışıb AĞLADI: “Qardaşımın səsi qulağımdan getmir” - VİDEO

Nüşabə ailəsini itirdiyi qəzadan danışıb AĞLADI: “Qardaşımın səsi qulağımdan getmir” - VİDEO

Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident SEÇİLDİ - FOTO

Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident SEÇİLDİ - FOTO

“Ümid edirəm ki, bir gün Trampa Nobel Sülh Mükafatını təqdim edəcəyik” - Meloni

“Ümid edirəm ki, bir gün Trampa Nobel Sülh Mükafatını təqdim edəcəyik” - Meloni

Tiktoker "şəkili Pərviz" HƏBS OLUNDU

Tiktoker "şəkili Pərviz" HƏBS OLUNDU

“İran rejimi iqtisadi özünü-yandırma ritualla məşğuldur” - ABŞ-ın maliyyə naziri

“İran rejimi iqtisadi özünü-yandırma ritualla məşğuldur” - ABŞ-ın maliyyə naziri

"Sumqayıt" Ukrayna klubunun futbolçusunu TRANSFER ETDİ

"Sumqayıt" Ukrayna klubunun futbolçusunu TRANSFER ETDİ

İcra hakimiyyətində KADR İSLAHATLARI: Gülər Rüstəmova vəzifəsindən AZAD EDİLDİ

İcra hakimiyyətində KADR İSLAHATLARI: Gülər Rüstəmova vəzifəsindən AZAD EDİLDİ

End of content

No more pages to load

RADİO