Çexiya Prezidenti Petr Pavel motosiklet sürən zaman xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.
Bildirilib ki, prezident Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur: "Onun xəsarətləri ciddi deyil, ona lakin Mərkəzi Hərbi Hospitalda kiçik müalicə tələb olunur".
Dövlət başçısının administrasiyası daha sonra baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat verəcəyini elan edib.
Bizim.Media