Rusiya Müdafiə Nazirliyinin Dövlət Təchizatları Departamentinin zabiti Vladimir Verteletski saxlanılıb.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, Verteletski külli miqdarda rüşvət almaqda şübhəli bilinir.
Qeyd edək ki, müdafiə nazirinin müavini Timur İvanov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov və Baş Rabitə İdarəsinin rəisi - RF Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant. Vadim Şamarin bir müddət əvvəl rüşvət almaqda təqsirli bilinərək saxlanılıb və həbs edilib.
Mayın 23-də isə İstintaq Komitəsi dələduzluq işi üzrə həbs edilən 58-ci Ordunun keçmiş komandiri İvan Popovun ev dustaqlığına çıxarılmasını xahiş etdiyini açıqlayıb.
Bizim.Media