Rusiya məhkəmələri ABŞ-nin Rusiyadakı əmlakından istifadə etmək hüququ əldə edib.
Bizim.Media xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin qeyri-dost hərəkətlərinə görə Rusiyaya dəymiş ziyanın ödənilməsi qaydası haqqında fərmanında əksini tapıb.
Qərar Rusiyanın ABŞ-dəki aktivlərinə həbs qoyulması nəticəsində dəymiş ziyanın kompensasiya edilməsi (ödənilməsi) məqsədi daşıyır.
Buraya ABŞ-nin, ABŞ şirkətləri və vətəndaşlarının Rusiya ərazisində yerləşən daşınar və daşınmaz əmlakı, habelə onlara məxsus qiymətli kağızlar, Rusiya şirkətlərinin nizamnamə kapitalındakı payları, ABŞ və ölkə əhalisinin Rusiyadakı digər mülkiyyət hüquqları daxildir.
Bizim.Media