“İran, Rusiya və Çin ABŞ-nin kritik infrastrukturuna kiberhücum təşkil etmək və onları sıradan çıxarmaq üçün fəal səy göstərir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyinin müavini Jannet Makkeyb bu gün juralistlərə açıqlamasında bildirib.
Jannet Makkeyb ABŞ-nin su və kanalizasiya sisteminin bu ölkələrin zərər verməyə çalışdıqları infrastrukturlardan biri olduğunu vurğulayıb.
Eyni zamanda, sözügedən agentlik ölkənin su obyektlərinə qarşı kiberhücum ehtimalının artması ilə bağlı xəbərdarlıq edərək, ABŞ vətəndaşlarının içməli suyunun qorunması üçün müvafiq təşkilatlardan təcili tədbirlər görmələrini istəyib.
Bizim.Media