Mobil telefonlar BAHALAŞACAQ – BU TARİXDƏN 

Yeni ildən android smartfon istehsalçıları öz məhsullarının qiymətlərini qaldıracaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə "Digital Trends" məlumat yayıb. Məlumatda deyilir ki, 2024-cü ilin sonuna qədər bir çox yeni smartfonlar indiki modellərdən baha olacaq.

Mütəxəssislər bunu flaqman modellərində istifadə olunacaq "Qualcomm Snapdragon 8 Gen 4" prosessoru ilə əlaqələndiriblər.

Belə ki, yeni çipin istehsalı əvvəlkindən nəzərəçarpacaq dərəcədə baha olacaq. Bu, güman ki, onun istehsalında üç nanometrlik texnologiyadan istifadə edilməsilə bağlıdır. Cihazların gücü artacaq, lakin telefonlar bahalaşacaq. Qeyd edək ki, hazırda  "iPhone 15" üç nanometrlik prosessorlarla təchiz edilib.

Bəs, bu qiymət artımı Azərbaycan bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycan da dünyanın bir parçası olduğu üçün baş verən istənilən proses bu və digər şəkildə ölkəmizə təsir edir:

“Ona görə bu qərar android smartfonlarının ilk növbədə dövriyyəsini azaldacaq. Çünki ən son model  telefonların qiymətləri ilə əhalinin real gəlirləri arasında tərs-mütənasiblik var.  Nəzərə alaq ki, ölkədə infilyasiya davam edir. Bu səbəbdən də android smartfonlarının bahalaşması Azərbaycanda kütləvi olmayacaq. Amma qiymət artacaq, eyni zamanda dövriyyə azalacaq. Yəni bu gün sutka ərzində 100 android smartfon satılırsa, yeni ildən bu ən azı 30-40 faiz az olacaq.

Nəzərə alaq ki, yeni android smartfonları bir sıra texniki üstünlüyə malik olacaq. Bu cür telefonlarsa əsasən iş adamlarına lazım olur. Ona görə də ilin sonuna qədər Azərbaycanda yeni telefonlar bahalaşacaq. Baha qiymətə telefon ala bilməyənlərsə, köhnə nəsil telefonlara üz tutacaq.

Onu da qeyd edim ki, telefon istehsalçıları yeni nəsil telefonlarla yanaşı əvvəlki markaların istehsalını davam etdirəcək. Ona görə də yeni ildən bazarda daha çox əvvəlki nəsil telefonlar dominantlıq edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

“Beşiktaş”da CİDDİ İTKİLƏR

“Beşiktaş”da CİDDİ İTKİLƏR

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Coratda sabah QAZ OLMAYACAQ

Coratda sabah QAZ OLMAYACAQ

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Millimiz Montoneqroya qalib gəldi

Millimiz Montoneqroya qalib gəldi

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Canlı yayımda uşağına zorakılıq edən qadın TUTULDU

Canlı yayımda uşağına zorakılıq edən qadın TUTULDU

Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI

Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI

End of content

No more pages to load

RADİO