“Azərbaycanla İran arasında ticarət dövriyyəsi daha da artacaq” – Vüqar İskəndərov 

“Azərbaycanın beynəlxalq nəqliyyat layihələrinə önəm verməsi nəticəsində bu gün Cənubi Qafqaz regionu dünyanın nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevrilib. Ölkəmiz uzun illər bu istiqamətdə reallaşdırılan təşəbbüslər nəticəsində həm Şimal-Cənub, həmçinin də Şərq-Qərb istiqamətində olan nəqliyyat qovşağının mərkəzinə çevrilmişdir.” 

Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Bildiyiniz kimi Şimal-Cənub dəhlizinin reallaşmasında və bu yolun istifadəsində İran İslam Respublikasının da maraqları var. Hər iki ölkə bu yolun gələcək perspektivləri üçün birlikdə çalışmalıdır.

Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcək. 

Artıq indiyə qədər atılmış addımlar öz müsbət bəhrəsini verib. Prezident İlham Əliyevin Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb. Bütövlükdə isə hazırda İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq. Bu sitat onu deməyə əsas verir ki, yol infrastrukturunun inkişafı ilə aradakı iqtisadi ticari dövriyyə ildən ilə artacaq. 

Bununla yanaşı hazırda görülən işlərdən biri də Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikilməsidir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Körpünün özəlliyi ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, beynəlxalq nəqliyyat dəhlizinin də bir parçası olacaq. Həm Şimal-Cənub, həm də Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsinə çevriləcək. 

Əlbəttə, İranla olan qarşılıqlı əməkdaşlıq yalnız yol nəqliyyat infrasturukturu üzərində deyil əmçinin digər sahəlrədə də iki qonçju dvələtin gördüyü və görəcəyi işlər var.

Çünki əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar onu deməyə əsas verir ki, iki qonşu ölkə qarşılıqlı əməkdaşlıq şəraitində çox müsbət işlər görür. 

Bir neçə gün əvvəl cənab prezident İlham Əliyevin də iştirakı ilə “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür.  Prezident İlham Əliyevin bölgəyə sülh gətirməsi Cənubi Qafqazın daha da inkişaf etmiş bir regiona çevriləcəyindən xəbər verir. Bu bir həqiqətdir ki, bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

“Beşiktaş”da CİDDİ İTKİLƏR

“Beşiktaş”da CİDDİ İTKİLƏR

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Coratda sabah QAZ OLMAYACAQ

Coratda sabah QAZ OLMAYACAQ

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Millimiz Montoneqroya qalib gəldi

Millimiz Montoneqroya qalib gəldi

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Canlı yayımda uşağına zorakılıq edən qadın TUTULDU

Canlı yayımda uşağına zorakılıq edən qadın TUTULDU

Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI

Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI

End of content

No more pages to load

RADİO