Erməni keşişin "DÖYÜŞ YOLU" – Tavuşdan İrəvana, oradan da həbsxanaya...

Ermənistanı müəyyən müddətə qarışdırmağı bacaran “Vətən uğrunda Tavuş” hərəkatının lideri, revanşist arxiyepiskop Baqrat Qalstanyan “kabinet siyasəti”nə keçir. O artıq xalqın arasında yox, rahat kabinetlərdə görüşlər keçirir, bəyanatlar verir. Eyforiyaya qapılan keşiş özünü artıq siyasi lider kimi görür. 

Bu ambisiya sayəsində də daha böyük işlərə burnunu soxur. 

Məsələn, ötən gün revanşist keşiş Qarabağda mövcud olmuş keçmiş separatçı "hökumətin" üzvləri və qondarma deputatlarla görüşüb. 

Bu da o deməkdir ki, Baqrat Qalstanyan bəzi qiüvvələrin şirnikləndirici vədinə inanıb, böyük siyasətə qatılmaq istəyir. Amma onun bu iddiaları erməni cəmiyyətinin özündə ikrah doğurur. Məsələn, Ermənistan parlamentinin spikeri Alen Simonyan “Vətən üçün Tavuş” hərəkatının son günlərdəki fəaliyyətini kəskin tənqid edib. O, jurnalistlərə açıqlamasında deyib ki, yeni müxalif hərəkat 90-cı illərdəki bəzi təxribatların təkrarıdır: 

“Bu, keçmişdə baş verən siyasi proseslərin təkrarıdır. Sadəcə Vazgen Manukyanı indi Baqrat Srbazan əvəzləyib. Eyni insanlar, eyni gündəm və məqsədlər də eynidir”. 

Onun sözlərinə görə, kilsə və ruhanilərin siyasətlə məşğul olması yolverilməzdir. 

“Müqəddəs Kitabda deyilir: “Allahın evini ticarət məkanına çevirməyin, siyasət isə alverin özüdür...”. 

Alen Simonyan Baqrat Srbazanın baş nazir postuna namizədliyinin irəli sürülməsi məsələsini isə absurd hesab edib:

"Heç kim Baqrat Srbazanı bu posta irəli sürmək və seçmək niyyətində deyil və yepiskopun qanunla baş nazir olmaq hüququ yoxdur".

Rəsmi İrəvan Baqrat Qalstanyanın sonunu göstərdi

Ermənistan parlamentinin spikeri Alen Simonyan bu sözləri ilə əslində müəyyən mesajlar verdi. O erməni keşişə xəbərdarlıq etdi ki, “sən qanunu pozursan və buna görə cavab verəcəksən”.

Nəzərə alaq ki, erməni spiker Baqrat Qalstanyanı həmçinin kilsənin vəsaitlərini mənimsəməkdə günahlandırıb. Bu isə erməni keşişə qarşı hazırlanmış ikinci ittiham aktıdır. Beləcə, rəsmi İrəvan erməni keşişi dəmir barmaqlıqlar arasına salmaq üçün lazım olan hüquqi bazanı hazırlayıb. Qalıb bu layihəni reallaşdırmaq...

Bəs, Baqrat Qalstanyan nə zaman həbs oluna bilər?

Erməni keşişin həbsi indiki halda real görünmür. Çünki onun ətrafı hər ötən gün seyrəlir. Əgər bir ay əvvəl onun çevrəsində minlərlə erməni vardısa, hazırda bu rəqəm ən azı 10 dəfə azalıb. Üstəlik, Baqrat Qalstanyanın indiki iddiaları əvvəlki çıxışlarından tam fərqlənir. Əgər erməni keşiş əvvəllər ancaq 4 kəndin Azərbaycana qaytarılmasına etiraz edirdisə, bu gün vəziyyət tam fərqlidir. Baqrat Qalstanyan artıq ortaya siyasi iddia qoyub. Bu iddia isə Ermənistanın siyasi hakimiyyətinin dəyişdirilməsidir.

Ona görə də Paşinyan iqtidarı proseslər bu cür davam etsə, erməni keşişin “qələmini qıracaq”. Yəqin ki, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Baqrat Qalstanyan ittiham ediləcək. Bu növbəti ayda ola bilər.

Erməni keşiş həbs olunmaya da bilər

Bu da onunla bağlıdır ki, Baqrat Qalstanyan yaxın bir ayda “xidməti” yerinə - Tavuşa qayıda bilər. Çünki erməni keşişin ətrafı günbəgün seyrəlir. Bu gedişlə bir aydan sonra erməni keşiş meydanda tək qalacaq. Nəzərə alaq ki, onun sosial bazası yoxdur. Baqrat Qalstanyanı ancaq revanşistlər və bəzi xarici qüvvələr müdafiə edir. 

Sadə ermənilərsə ona qarşı hər hansı bir simpatiya bəsləmir. Çünki erməni cəmiyyəti siyasi çəkişmələrdən bezib, yorulub və baş verən proseslərə laqeyd qalır. Bu isə indiki halda ancaq Nikol Paşinyanın işinə yarayır. Ona görə ki xalqın təzyiqi olmadıqca o kreslosundan əl çəkən deyil.

Burada bir məsələ də var... 

Son illər Ermənistanda bir ənənə yaranıb. Hər ilin aprelində bəzi narazı qüvvələr sanki “qış yuxusu”ndan ayılmış kimi küçələrə tökülür. Bu proses isə adətən 2 ay çəkir, iyun ayında hadislər səngiyir və payızda yenidən səs-küy qalxır. 

Nəzərə alaq ki, Nikol Paşinyan da 2018-ci ildə aprel mitinqlərindən sonra hakimiyyətə gəlmişdi. Ancaq ötən 6 ildəki aprel mitinqləri o qədər də effektiv olmayıb. Hətta 2021-ci ilin aprelində 44 günlük müharibənin şokunu yaşayan Ermənistanda belə heç nə dəyişmədi. Əksinə, bütün aprel mitinqlərindən Nikol Paşinyan öz siyasi maraqları üçün istifadə edib. 

Yəqin ki, bu dəfə də belə olacaq. Erməni baş nazir öz rəqiblərinə növbəti dəfə sarsıdıcı zərbə vuracaq. Çünki erməni cəmiyyətində kilsənin çox böyük təsir imkanları var. Uzun illər bəzi xarici və daxili qüvvələr də Qriqori kilsəsini ehtiyat və sonuncu kart kimi saxlamışdı. Lakin bu variant da işə yarımadı. Nikol Paşinyan yenə də öz kreslosunun toxunulmazlığını saxlayacaq. İyun ayının əvvəllərində Baqrat Qalstanyanın ətrafındakı sonuncu erməni də çəkilib gedəcək. Bununla da “Vətən naminə Tavuş” hərəkatı da tarixin arxivinə gömüləcək.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çoxlu pul əldə edəcək 3 bürc

Çoxlu pul əldə edəcək 3 bürc

Yeni qaydalar, köhnə PROBLEMLƏR - Taksilər nə üçün əlçatmaz oldu?

Yeni qaydalar, köhnə PROBLEMLƏR - Taksilər nə üçün əlçatmaz oldu?

Sumqayıtda qadın evinə suşi sifariş etdi, kuryer döyüldü

Sumqayıtda qadın evinə suşi sifariş etdi, kuryer döyüldü

Nigarla qalmaqaldan DANIŞDILAR: “Bizim onunla düşmənliyimiz yoxdur” - VİDEO

Nigarla qalmaqaldan DANIŞDILAR: “Bizim onunla düşmənliyimiz yoxdur” - VİDEO

Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın TƏFƏRRÜATI – FOTO

Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın TƏFƏRRÜATI – FOTO

“Qarabağ”ın qələbəsi XARİCİ MƏTBUATDA belə işıqlandırıldı

“Qarabağ”ın qələbəsi XARİCİ MƏTBUATDA belə işıqlandırıldı

Erməni rusiyalı müğənninin pulunu necə mənimsəyib? – DETALLAR – VİDEO

Erməni rusiyalı müğənninin pulunu necə mənimsəyib? – DETALLAR – VİDEO

Bu İnstitutun adı dəyişdirildi – Baş nazirdən QƏRAR

Bu İnstitutun adı dəyişdirildi – Baş nazirdən QƏRAR

“Qarabağ”a uduzan “Benfika” Mourinyonu baş məşqçi gətirmək İSTƏYİR

“Qarabağ”a uduzan “Benfika” Mourinyonu baş məşqçi gətirmək İSTƏYİR

Məktəb yaşında, amma təhsildən uzaq - Sənədsiz uşaqların ACI TALEYİ

Məktəb yaşında, amma təhsildən uzaq - Sənədsiz uşaqların ACI TALEYİ

Paşinyan Ağrı dağının təsvirini Ermənistanın gerbindən çıxarır - Edmon Marukyan

Paşinyan Ağrı dağının təsvirini Ermənistanın gerbindən çıxarır - Edmon Marukyan

Piyada keçidindən istifadə etməyən 2 nəfəri maşın vurdu – ANBAAN VİDEO

Piyada keçidindən istifadə etməyən 2 nəfəri maşın vurdu – ANBAAN VİDEO

Sabah yenə YAĞIŞ YAĞACAQ

Sabah yenə YAĞIŞ YAĞACAQ

Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanıldı – FOTO

Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanıldı – FOTO

Bu ölkə HƏMAS, “Hizbullah” və SEPAH-ı terror təşkilatı kimi TANIDI

Bu ölkə HƏMAS, “Hizbullah” və SEPAH-ı terror təşkilatı kimi TANIDI

Müəllimlərin kənd məktəblərində işləməsini necə TƏŞVİQ ETMƏK LAZIMDIR? – ARAŞDIRMA

Müəllimlərin kənd məktəblərində işləməsini necə TƏŞVİQ ETMƏK LAZIMDIR? – ARAŞDIRMA

Niyə balığı qatıqla yemək olmaz?

Niyə balığı qatıqla yemək olmaz?

Qarabağa gələn dünya liderləri - SİYAHI

Qarabağa gələn dünya liderləri - SİYAHI

Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ÖTDÜ – RƏSMİ

Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ÖTDÜ – RƏSMİ

Bu qurumlar onlayn rejimə KEÇDİ

Bu qurumlar onlayn rejimə KEÇDİ

Çində uçan avtomobillər havada toqquşdu – VİDEO

Çində uçan avtomobillər havada toqquşdu – VİDEO

Azərbaycanda kəskin istilər düşəcək?

Azərbaycanda kəskin istilər düşəcək?

“Şəki” restoranının yerində tunelin inşası nə vaxt başa çatacaq? – VİDEO

“Şəki” restoranının yerində tunelin inşası nə vaxt başa çatacaq? – VİDEO

Rusiya Ukraynaya məlumat ötürən afrikalı casusu HƏBS ETDİ

Rusiya Ukraynaya məlumat ötürən afrikalı casusu HƏBS ETDİ

End of content

No more pages to load

RADİO