Maaşlar arta bilər?

Son günlər ölkədə aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi, həmçinin minimum əməkhaqqının artırılacağı ilə əlaqadər müzakirələr getməkdədir. Hər iki məsələ ilə bağlı xəbər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planına istinadən yayılıb.  

Bəs bu tədbirlərin mahiyyəti nədir və yaxın müddətdə əməkhaqlarında artım mümkündürmü? 

Əvvəlcə ondan başlayaq ki, adıçəkilən Fəaliyyət Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin oktyabr ayının 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Nazirlik, eyni zamanda, noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini də təqdim etməlidir.  

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ölkənin beynəlxalq reytinqlərdəki mövqeyindən irəli gəlir. 

Belə ki, İqtisadi Azadlıq İndeksinin Əməyin azadlığı indikatoru 9 kəmiyyət alt faktoru əsasında hesablanır ki, bunlardan biri də minimum əməkhaqqıdır. Bu baxımdan aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi onun hesablanma metodologiyasına dəyişikliyi nəzərdə tutur.  

Minimum əməkhaqqı ölkə başçısının müvafiq sərəncamı ilə artırılır. Minimum əməkhaqqının nə qədər artırılacağına gəlincə, sonuncu dəfə ötən ilin əvvəlində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb.

Bunu 2022-ci ildəki 13,9 faizlik inflyasiyaya cavab tədbiri kimi də qiymətləndirmək olar. Hərçənd ki, 2023-cü ilin sonuna inflyasiya 8,8 faiz olsa da, cari ildə minimum əməkhaqqı göstəricisi dəyişməyib. Bu baxımdan minimum əməkhaqqının artırılması ilə bağlı sözügedən təkliflərin 2025-cü ildə artımla nəticələnəcəyini gözləyənlər az deyil.   

Lakin o da məlumdur ki, hazırda rəsmi statistikaya görə, inflyasiya minimuma enib, hətta aprel ayında illik göstərici 0 faiz təşkil edib. Həmçinin əvvəlki illərin göstəriciləri onu deməyə əsas verir ki, minimum əməkhaqqının artması dövlət sektorunda çalışan hər iki nəfərdən birinin maaşının məbləğinə təsir edir. Bu da artım üçün kifayət qədər vəsaitin tələb olunmasından xəbər verir.  

Ümumilikdə isə minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni, işçiyə minimum əməkhaqqı məbləğindən aşağı məvacib verilə bilməz. Burada söhbət ixtisassız əmək və xidmətə görə əməkhaqqından gedir. İxtisaslı əməyə görə, yəni mütəxəssis üçün isə minimum əməkhaqqı müəyyənləşdirmək olmaz. 

Minimum əməkhaqqının artırılması ən əsası Vahid Tarif Cədvəlinə (VTC) uyğun əməkhaqqı alanların məvaciblərinin artması deməkdir.

Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilər də bu sıraya aiddir. 

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsi 19 dərəcə əsasında aparılır. Ən aşağı əməkhaqqı 1-ci dərəcə olmaqla minimum əməkhaqqıdır. Ən yüksək əməkhaqqı isə 19-cu dərəcə üzrə ödənilməklə 1125 manatdır.

Minimum əməkhaqqının artması muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir üzrə məcburi dövlət sosial sığorta haqlarına da təsir edir.

Belə ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum əməkhaqqına uyğun ödənilir. Məsələn, paytaxtda sahibkarlıq fəaliyyəti üzrə bu göstərici minimum əməkhaqqının 50 faizi,  digər sahələrdə isə 25 faizidir. Nəticədə minimum əməkhaqqının artması bu sahədə dövlət sosial sığorta haqlarının da artacağı deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

“Beşiktaş”da CİDDİ İTKİLƏR

“Beşiktaş”da CİDDİ İTKİLƏR

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Coratda sabah QAZ OLMAYACAQ

Coratda sabah QAZ OLMAYACAQ

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Millimiz Montoneqroya qalib gəldi

Millimiz Montoneqroya qalib gəldi

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Canlı yayımda uşağına zorakılıq edən qadın TUTULDU

Canlı yayımda uşağına zorakılıq edən qadın TUTULDU

Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI

Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI

End of content

No more pages to load

RADİO