Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi ilə vida mərasimində Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik edəcəyi nümayəndə heyəti təmsil edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a açıqlamasında bildirib.
“Bizim iranlı dostlarımız sabah həlak olan dövlət rəsmiləri ilə vida mərasimi təyin ediblər və buna görə də Rusiya tərəfi sabah Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə mərasimə qatılacaq”, – deyə Peskov qeyd edib.
Bizim.Media