Polşanın Baş naziri Donald Tusk respublikadakı vəziyyətə “Rusiya və Belarusun təsirini” araşdırmaq üçün təcili komissiyanın çağırılmasına dair göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Nazirlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Mən 2004-2024-cü illərdə Polşa Respublikasının daxili təhlükəsizliyinə Rusiya və Belarusun təsirini araşdırmaq üçün komissiyanın çağırılmasını əmr etdim", - deyə Tusk qeyd edib.
Bildirilib ki, Komissiyanın sədri Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbəri general Yaroslav Strujik təyin edilib.
Bizim.Media