ABŞ Vaşinqtonun İrana ehtiyat hissələrinin tədarükü ilə bağlı sanksiyalarının prezident İbrahim Rəisinin helikopterinin sıradan çıxmasına səbəb ola biləcəyi ilə bağlı ittihamı rədd edir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə bildirib.
Dövlət Departamentinin məlumatına görə, 45 illik helikopterin pis hava şəraitində istifadə edilməsində məsuliyyəti birbaşa olaraq İran hakimiyyəti daşıyır.
Qeyd edək ki, daha əvvəl İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Vaşinqtonun Tehrana təyyarə və təyyarə hissələrinin satışına embarqo tətbiq etdiyi üçün Rəisinin helikopterinin qəzaya uğramasında günahı ABŞ-ın üzərinə atmışdı.
Bizim.Media