Türkiyənin İzmir şəhərində İŞİD terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirilib.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, bu barədə İzmir Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, təşkilatçılıq fəaliyyəti ilə məşğul olduqları müəyyən edilən 20 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Axtarışlar zamanı silahlar, təşkilati nəşrlər və rəqəmsal materiallar da ələ keçirilib.
Bizim.Media