İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olması ilə əlaqədar Türkiyədə bir günlük milli matəm elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı bildirib.
Qeyd edək ki, İranda hadisə ilə bağlı 5 günlük milli matəm elan edilib. Bundan əlavə, Livan, Pakistan, İraq, Suriya və Tacikistanın hakimiyyət orqanları da matəm elan edib.
Bizim.Media