Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta qarşı hərbi cinayətlərdə ittiham olunaraq həbsinə order verilməsini tələb edib.
Bizim.Media xəbər verir ki, BCM prokuroru həmçinin HƏMAS-ın üç liderinin də həbsinə order verilməsini istəyib.
Bununla bağlı İsrail prezidenti İsxak Hersoq “azad dünya”nı BCM-nin qərarını pisləməyə çağırıb.
O, həmçinin BMC-nin demokratik yolla seçilmiş İsrail hökuməti ilə “qəddar terrorçuları” eyni səviyyəyə qoymağa çalışmasını qəzəbli adlandırıb.
Bizim.Media