Azərbaycan cüdoçusu Hidayət Heydərov (73kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.
Bizim.Media xəbər verir ki, təmsilçimiz yarımfinalda İqor Vandtkendən (Almaniya) üstün olub. Təmsilçimizin finaldakı rəqibi Tatsuki İşihara (Yaponiya) olacaq.
Qeyd edək ki, kişiərin yarışında Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.
Rəşad Rafiqoğlu, Bizim.Media