Kazan şəhərində "Rusiya-Azərbaycan" dəyirmi masası keçirildi - FOTO

“KazanForum 2024" beynəlxalq iqtisadi forum çərçivəsində, "Rusiya-Azərbaycan: Sənaye və investisiya əməkdaşlığı iqtisadi inkişafın əsası kimi" mövzusunda dəyirmi masa və Rusiyanın regionları ilə əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunan görüşlər keçirilib.

Bizim.Media xəbər verir ki, Tatarıstanın Kazan şəhərində XV "Rusiya – İslam dünyası: KazanForum 2024" beynəlxalq iqtisadi forum çərçivəsində "Rusiya – Azərbaycan: Sənaye və investisiya əməkdaşlığı iqtisadi inkişafın əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib, ölkələrimiz arasında güclənən əməkdaşlığın perspektivləri barədə danışıb.

Qeyd edilib ki, Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi fonunda işgüzar dairələrinin tərəfdaşlıq münasibətləri də genişlənir. Mövcud iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması ticarət dövriyyəsinin həcmini daha da artıra bilər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunub, layihənin icrası çərçivəsində Azərbaycan tərəfində görülən işləri diqqətə çatdırıb.

Bildirilib ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Rusiya ilə Azərbaycan arasında yükdaşımaların həcminin artmasında təmsil etdiyi vilayətin rolunu vurğulayıb, ölkələrimizin nəqliyyat və beynəlxalq daşımalar sektorunda tərəfdaşlığının genişləndirilməsi potensialını yüksək qiymətləndirib.

Dəyirmi masada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iki ölkənin iş adamları arasında əlaqələrin intensivləşdirilməsi, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov isə Azərbaycanın ixrac və investisiya imkanları barədə çıxışlar ediblər.

Tədbirdə, həmçinin Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Moskva Ticarət və Sənaye Palatasının prezidenti Vladimir Platonov, "Ximqrad" Texnopolisinin baş direktoru Ayrat Gizatullin və Rusiyanın nəqliyyat-logistika, elektron ticarət və maliyyə sektorlarını təmsil edən şirkət nümayəndələri ikitərəfli əlaqələrin dərinləşdirilməsi haqqında çıxış edib, təqdimatlar keçiriblər.

"KazanForum" çərçivəsində iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Rostov vilayətinin qubernatoru Vasili Qolubev, Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Mordoviya Respublikasının başçısı Artyom Zdunov ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə Azərbaycanla Rusiyanın regionları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Buna görə xəstə kimi olmuşdum"

"Buna görə xəstə kimi olmuşdum"

Derbilərin tamaşaçı sayı AÇIQLANDI

Derbilərin tamaşaçı sayı AÇIQLANDI

Nevroloqdan beyin üçün ən faydalı 5 QİDA

Nevroloqdan beyin üçün ən faydalı 5 QİDA

Litva Belarusda yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya TƏLƏB EDİR

Litva Belarusda yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya TƏLƏB EDİR

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti - FOTO

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti - FOTO

Türkiyə MN-dən Bakıdakı paradla bağlı paylaşım - VİDEO

Türkiyə MN-dən Bakıdakı paradla bağlı paylaşım - VİDEO

Trampın doğulduğu ev SATIŞA ÇIXARILDI - FOTO

Trampın doğulduğu ev SATIŞA ÇIXARILDI - FOTO

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO

Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO

Çin uzunömürlülük eliksiri üzərində İŞLƏYİR

Çin uzunömürlülük eliksiri üzərində İŞLƏYİR

“Bavariya”dan mövsümün İLK MƏĞLUBİYYƏTİ

“Bavariya”dan mövsümün İLK MƏĞLUBİYYƏTİ

Bulvarda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq - VİDEO

Bulvarda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq - VİDEO

Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

Qara düyünün FAYDALARI

Qara düyünün FAYDALARI

Mərhum atasından danışan Röya KÖVRƏLDİ - EKSKLÜZİV VİDEO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ - EKSKLÜZİV VİDEO

Azərbaycan derbilərinin baş hakimləri AÇIQLANDI

Azərbaycan derbilərinin baş hakimləri AÇIQLANDI

Dörd bürc noyabrda həyatlarının ƏN YAXŞI qərarını verəcək

Dörd bürc noyabrda həyatlarının ƏN YAXŞI qərarını verəcək

Kiyev zülmətə QƏRQ OLDU - VİDEO

Kiyev zülmətə QƏRQ OLDU - VİDEO

Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı

Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı

Xankəndidə atəşfəşanlıq oldu - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - VİDEO

Hidayət Heydərov İslamiadanın ikiqat QALİBİ OLDU

Hidayət Heydərov İslamiadanın ikiqat QALİBİ OLDU

Həmin gecə onlar aparıcılıq edəcəklər

Həmin gecə onlar aparıcılıq edəcəklər

Şuşa səmasında “Zəfər atəşfəşanlığı” - VİDEO

Şuşa səmasında “Zəfər atəşfəşanlığı” - VİDEO

End of content

No more pages to load

RADİO