“Biz, əlbəttə, Qərbdəki beyin mərkəzlərinin nə etdiyini, bizə maksimum ziyan vurma ssenarilərini həyata keçirdiklərini müşahidə edirik. Onlar Kiyevə bütün yeni silah növlərinin çatdırılmasına çağırırlar”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının XXXII Assambleyasında çıxışı zamanı deyib.
Lavrov bildirib ki, Qərb ölkələri rəsmi olaraq hökumət üzvləri səviyyəsində Rusiya ərazisinin hər hansı bir hissəsinə zərbələr endirməyə icazə verirlər:
“Müharibənin tərəfdarları hökumətlərindən hərbi-sənaye kompleksinə investisiyaları artırmağı, iqtisadiyyatı müharibə "relsinə" salmağı və Rusiyanın uydurma dekolonizasiyası haqqında fantaziya qurmağı tələb edirlər”.
Bizim.Media