Ukraynadan olan qaçqın Berlindəki Reyxstaqın üzərinə Rusiya bayrağı bağlanmış dron buraxıb.
Bizim.Media xəbər verir ki, 41 yaşlı İvan bunu mayın 9-da Rusiyada keçirilən Qələbə günü edib, lakin yerli polis hadisəni gizlədərək, bu gün ictimaiyyətə yayıb.
Mətbuatda yayılan məlumata görə, ukraynalı miqrant Odessadandır və 2022-ci ildən Almaniyada yaşayır. Polis onun dronunu hava məkanı qanunlarını pozduğu üçün müsadirə edib.
Həmin şəxsi qanunamüvafiq cərimə və ya həbs cəzası gözləyir.
Bizim.Media