Slovakiyanın qərbində yerləşən Pezinok şəhərinin Xüsusi Cinayət Məhkəməsi ölkənin baş naziri Robert Fitsonun həyatına sui-qəsddə təqsirləndirilən 71 yaşlı təqaüdçü yazıçı Juray Cintulanın həbsdə saxlanılması barədə qərar çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.
Bildirilib ki, məhkəmə prokurorun vəsatətini təmin edib.
Əvvəllər siyasi motivlərlə baş naziri öldürməyə cəhddə ittiham olunan Cintula mayın 18-də keçirilən məhkəmə iclasında günahını etiraf edib. O, mayın 15-dən istintaq təcridxanasında saxlanılır.
Bizim.Media