İlkin mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi planlaşdırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına qəsəbənin baş planı üzrə görüləcək işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, layihələndirilən ərazi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayın sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir.

Qəsəbənin sahəsi 301,51 hektardır. 2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq. 

Belə ki, qəsəbədə inzibati bina, mədəniyyət mərkəzi, kitabxana və çoxfunksiyalı bina, restoran, idman-sağlamlıq, ailə-sağlamlıq mərkəzləri, hotel, bayraq meydanı, ticarət, məişət və baytarlıq xidmətləri obyektləri, mebel mağazası, mərasim evi, yanğın deposu, bazar kompleksi, emalatxana və satış köşklərinin yaradılması nəzərdə tutulub. Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası, poliklinika, avtovağzal binası, yanacaqdoldurma məntəqəsi, anbar və logistika binaları, ağac emalı və mebel sexləri, digər istehsalat müəssisələri də inşa olunacaq.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır. Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 fərdi ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi nəzərdə tutulur.
Prezident İlham Əliyev Mincivan qəsəbəsinin təməlini qoydu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnfantino: "FİFA olmasaydı, dünyanın 150 ölkəsində futbol olmazdı"

İnfantino: "FİFA olmasaydı, dünyanın 150 ölkəsində futbol olmazdı"

Bakıda evlərdən 2 meyit TAPILDI

Bakıda evlərdən 2 meyit TAPILDI

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası BAŞA ÇATDI - FOTO

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası BAŞA ÇATDI - FOTO

Məşhur məşqçi əməliyyat olundu

Məşhur məşqçi əməliyyat olundu

B12 vitamini çatışmazlığı: Risk qrupları KİMLƏRDİR?

B12 vitamini çatışmazlığı: Risk qrupları KİMLƏRDİR?

Netanyahu Trampı İrana yenidən zərbə endirməyə razı salmağa çalışır — KİV

Netanyahu Trampı İrana yenidən zərbə endirməyə razı salmağa çalışır — KİV

Maqnus Karlsen rəqibini QORXUTDU

Maqnus Karlsen rəqibini QORXUTDU

Naxçıvan DYP sürücü və piyadalara MÜRACİƏT ETDİ

Naxçıvan DYP sürücü və piyadalara MÜRACİƏT ETDİ

“Fənərbağça” “Milan”ın üzvünü transfer edir

“Fənərbağça” “Milan”ın üzvünü transfer edir

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO

End of content

No more pages to load

RADİO