Akademik Mirməmməd Cavadzadənin 97 illiyinə həsr olunmuş konfrans keçirildi – FOTO

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-nin, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının, Azərbaycan uroloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Akademik Mirməmməd Cavadzadənin 97-ci illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, ilk olaraq konfrans iştirakçıları Akademik Mirməmməd Cavadzadənin məzarını ziyarət edib və məzarı üzərinə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbiri giriş sözü ilə açan klinikanın direktoru Fariz Babayev Akademik Mirməmməd Cavadzadənin yetirməsi olan və onunla çiyin-çiyinə çalışan olaraq onun haqqında, son illər ərzində klinikada baş verən yeniliklərdən danışıb və iştirakçılara uğurlar arzu edib.
Daha sonra ADHTİ-nin Urologiya kafedrasının müdiri, klinikada həkim-uroloq kimi çalışan Samir Cavadzadə çıxışında Akademik Mirməmməd Cavadzadənin həyat və tibb sahəsində göstərdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Tibb elmlər doktoru, professor Sudeif İmamverdiyev, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri Fuad Sərdarlı dahi şəxsiyyət barədə, 1966-cü ildən bu günə qədər fəaliyyət göstərən Klinika barədə öz fikirlərini bölüşüblər.

TƏBİB-in davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərli bu günün qeyd olunmasının Azərbaycan səhiyyəsi üçün önəmli olduğunu bildirib və bu sahədə çalışan həkimlərə uğurlar arzu edib.

Konfransda Distal və proksimal hipospadiya cərrahiyəsi, Sidik kisəsinin xərçəngönü xəstəlikləri, Testikulyar feminizasiya zamanı müalicə taktikası, Enməmiş xaya müalicəsində hormon yoxsa əməliyyat?, HoLEP: XXI əsrdə prostatın xoşxassəli hiperplaziyasının cərrahi müalicəsi üçün qızıl standartmı?, Böyrək daşların müalicəsində qızıl standart: ECIRS (Endoskopik Kombinə edilmiş Böyrəkdaxili Cərrahiyyə), Anomaliya zamanı nefrolitiazın endoskopik müalicəsi, Böyrək ləyəni daşı zamanı perkutan nefrolitotomiya vs laparoskopik pielolitotomiya: ilkin nəticələrimiz, Böyrək daşlarin müalicəsində miniperkutan və retroqrad intrarenal nefrolitotripsiya üsulların müqayisəsi, Kişi sonsuzluğun müalicəsinin bugünü və sabahı, Prostat xərçənginin diagnostikasına müasir yanaşma mövzuları müzakirə olunub.













Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verdi

Ən DALAŞQAN bürclər açıqlandı

Ən DALAŞQAN bürclər açıqlandı

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

End of content

No more pages to load

RADİO