Meyxanaçı Rəşad Dağlının qızı Betülün səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu haqda hazırda həbsdə olan söz xiridarının oğlu Yusif sosial şəbəkə hesabında məlumat yayıb.
Yusifin paylaşdığı görüntülərdən bacısının qolunda ciddi problem yarandığı və bu səbəbdən əməliyyat olunduğu məlum olub.
Əməliyyatdan sonra Betülün özünü yaxşı hiss etdiyi bildirilib.
Rəşad Əliyev, Bizim.Media