“Rusiya Şimal-Cənub dəhlizinin yaradılması üçün Azərbaycanla sıx əməkdaşlıq edir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya - İslam dünyası: KazanForum” forumunun plenar iclasında deyib.
“Burada biz Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstanla sıx əməkdaşlıq edirik. Rusiya daha yaxşı rəqabət şəraiti təmin etmək üçün böyük Avrasiyanın nəqliyyat və logistika əlaqələrini təmin etməyə yönəlib” , - deyə Overçuk qeyd edib.
Bizim.Media