Çeçenistanın rəhbəri Ramzan Kadırov Estoniyada Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı bərpa etmək üçün istifadəyə icazə verən qanunu şərh edərkən, bu Baltikyanı ölkəyə məqsədli raket zərbələri endirməklə, cavab verməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Telegram kanalında yazıb.
“Hesab edirəm ki, bu cür çağırışlara mərasimsiz - qəti və sərt şəkildə cavab verilməlidir. Rusiyanın xaricdəki aktivləri bütün rusların sərvətidir!
Ona görə də hesab edirəm ki, ölkəmizi açıq-aşkar soymaq üçün belə qərarların verildiyi məqamlar dəqiq raket zərbələri üçün bir nömrəli hədəfə çevrilməlidir!”, - deyə Kadırov qeyd edib.
Onun fikrincə, Rusiya şərti “Kinjal” hipersəs raket sistemləri ilə əsas nöqtələri vurmalıdır ki, “ən qaynar estoniyalıların ağılları başlarına gəlsin”.
Bizim.Media