Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əhəmiyyətli dərəcədə artmaqda olan yükaşırmaların daha böyük sürətlə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Astara rayonunda yerləşən yük həyətinin rekonstruksiya işləri uğurla başa çatdırılıb və həmin ərazidə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi tərəfindən gömrük nəzarəti təşkil edilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Terminalda aparılmış rekonstruksiya işləri çərçivəsində yük anbarı müasir standartlara uyğun olaraq təmir edilib, əməliyyatların təhlükəsiz və dayanıqlı həyata keçirilməsi üçün zəruri texnikalarla təchiz olunub. Ərazi bütövlükdə tikanlı məftillərlə əhatələnib, 54 ədəd hərəkətli və stabil mühafizə videokamerası quraşdırılıb, tam işıqlandırma təmin edilib, 24 saat mühafizə qurulub və digər bütün təşkilati məsələlər həll edilib. Həmçinin qəbul edilən yüklərin çəkisinin müəyyən edilməsi üçün terminalda tərəzi quraşdırılıb.

5,5 hektar ərazidə yerləşən terminalda Dövlət Gömrük Komitəsi ilə birgə gömrük məntəqəsi yaradılıb, məntəqəyə sürətli internet xətti çəkilib, bütün lazımi avadanlıq və kompüterlər quraşdırılıb.Terminalda ekspeditor şirkətlərinə yeni xidmətlər paketi – multimodal daşıma servisləri təqdim olunur.

Gömrük nəzarəti altında terminala daxil olan yüklər aşırılaraq təyinatı üzrə sürətli şəkildə çıxarılır.

Terminalın əsas üstünlüklərindən biri də qəbul edilən yüklərin daşınması və aşırılması üçün yük sahiblərinə endirimli tariflərin tətbiq olunmasıdır.

İlkin hesablamalara görə, Astara Terminalının işə düşməsi Şimal-Cənub marşrutu üzrə tranzit yükdaşımaları cari ilin sonuna kimi 10-15%-ə qədər artırmağa imkan verəcək.

Hazırda qəbul edilən yüklər arasında ümumi dövriyyənin təqribən 40 faizini təşkil edən taxta yükləri əsas paya sahibdir. Taxıl və taxıl məhsulları 35 faiz göstərici ilə ikinci ən çox qəbul edilən yük növüdür.

Qeyd edək ki,Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə multimodal daşıma xidmətləri bu günə kimi yalnız ADY-nin İran İslam Respublikasının Astara şəhərində fəaliyyət göstərən terminalında həyata keçirilirdi. Bu terminalın tikintisi barədə saziş 2017-ci ildə imzalanıb, terminalda yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir.Terminalda inşaat işlərinin bu ilin sonunadək tamamlanması planlaşdırılır.

İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra hər iki Astara Terminalı vasitəsilə qəbul edilən tranzit yüklərin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

İran ərazisində 2018-ci ildən fəaliyyət göstərən Astara Terminalında “Astara Terminal” MMC tərəfindən 2018-2023-cü illərdə 2,5 milyon tondan çox yük aşırılıb. Bu dövr ərzində aşırılan yüklərin illik həcmi 3 dəfədən çox artıb – 2018-ci ildə 211 789 tondan 2023-cü ildə 692 402 tona çatıb. 2023-cü ildə qeydə alınanrəqəmlər 2022-ci illə müqayisədə 48 faiz çox olub. 2024-cü ilin dörd ayında isə bu terminalda 284 688 ton yük aşırılıb, nəticədə 2023-cü ilin analoji dövrünə nisbətən 14 faiz artım qeydə alınıb.

ADY-nin tranzit yükdaşımaları 2024-cü ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 2 milyon 517 min tona çatıb.Analoji dövrdə Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi ötən ilin dörd ayı ilə müqayisədə 29 faiz artaraq 260 min ton olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

“Beşiktaş”da CİDDİ İTKİLƏR

“Beşiktaş”da CİDDİ İTKİLƏR

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Coratda sabah QAZ OLMAYACAQ

Coratda sabah QAZ OLMAYACAQ

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Millimiz Montoneqroya qalib gəldi

Millimiz Montoneqroya qalib gəldi

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

End of content

No more pages to load

RADİO