Köhnə avtomobillər dövriyyədən necə çıxarılacaq? – MÜHÜM AÇIQLAMA

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı tədbirlər proqramı hazırlanacaq. Bununla bağlı  Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri və Dövlət Gömrük Komitəsi tərəfindən iyunun 1-dək yeni layihənin hazırlanması tapşırılıb.

Bəs, köhnə avtomobillər dövriyyədən necə çıxarıla bilər?

İqtisadçı ekspert Fuad İbrahimov məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb. O bildirib ki, keçmiş sovet ölkələrində, xüsusən də, Azərbaycanda  avtomobil xüsusi qiymətli əmlak hesab olunur:

“Ona görə də insanlar köhnə avtomobillərdən hələ də asanlıqla əl çəkmir. Köhnə avtomobildən maksimum dərəcədə faydalanmağa çalışır. Təsadüfi deyil ki, hazırda ölkəmizdə olan avtomobillərin çox hissəsi 20-30 il istismarda olan maşınlardır. Bölgələrdə hətta 50-60 yaşlı avtomobillərə də rast gəlinir. Bu da bizlərdə avtomobilə xüsusi önəm verilməsindən qaynaqlanan haldır.

Ölkəmizdə əhalinin çoxu şəxsi avtomobil həvəskarıdır. İctimai nəqliyyat nə qədər əlçatan olsa belə, insanlar şəxsi avtomobillə gəzmək istəyir. Ona görə də heç kim köhnə avtomobildən əl çəkmir. Bəzən rast gəlinir ki, avtomobilin yaşı sənəddə 35-40 il göstərilsə də, baxırsan ki, təmirdən yenicə çıxıb. Bizdə təkcə avtomobilin banı yox, bütün hissələri asanlıqla və ucuz qiymətə dəyişdirilir. Bundan əlavə yeni avtomobillər kifayət qədər baha olduğu üçün bir çox insanlar köhnə avtomobilindən əl çəkmir”.

Ekspert hesab edir ki, məhz bu səbəbdən köhnə avtomobillərin dövriyyədən çıxarılması mental xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilsə, daha yaxşı olar:


“Elə edilməlidir ki, vətəndaş yeni avtomobil almaq üçün hansısa şəkildə imkan qazansın. Əks təqdirdə köhnə avtomobilləri dövriyyədən çıxarmaq çətin olacaq. Məsələnin inzibati yolla həlli isə narazılıqlara səbəb olacaq.

Çalışmalıyıq ki, istismarçı lap 50 yaşı olan avtomobildən də gəlir əldə etsin. Yoxsa heç kim köhnə avtomobilini rahatlıqla utilizasiyaya verməyəcək. Son anda vətəndaş köhnə avtomobilini hissə-hissə satmaq istəyəcək. Yerdə qalan hissəsini isə “metallom”a verəcək. Bax, bu səbəbə görədir ki, Azərbaycan “avtomobil qəbiristanlığı” olmayan tək-tük ölkələrdəndir”.

Fuad İbrahimov beynəlxalq təcrübədən də danışıb:

“Avropada köhnə avtomobillərin dövriyyədən çıxarılması üçün müxtəlif variantlar təklif olunur. Məsələn, bəzi Qərb ölkələrində avtomobil istehsalçıları köhnə avtomobil sahibləriylə iş birliyinə gedir. Onlara yeni avtomobil almaq üçün avans və xüsusi kupon verilir. Vətəndaş da bunun hesabına yeni avtomobil almaq üçün ilkin vəsait əldə etmiş olur. İstehsalçı isə ikinci əl avtomobilin ehtiyat hissələrindən və yaxud “metallom”undan faydalanır.

Ona görə də, yaxşı olar ki, hazırlanacaq layihədə stimullaşdırıcı və həvəsləndirici tədbirlər daha çox olsun. Məhz o zaman ölkəmiz 40-50 ilin avtomobillərindən xilas olar”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

“Beşiktaş”da CİDDİ İTKİLƏR

“Beşiktaş”da CİDDİ İTKİLƏR

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Coratda sabah QAZ OLMAYACAQ

Coratda sabah QAZ OLMAYACAQ

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Millimiz Montoneqroya qalib gəldi

Millimiz Montoneqroya qalib gəldi

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Canlı yayımda uşağına zorakılıq edən qadın TUTULDU

Canlı yayımda uşağına zorakılıq edən qadın TUTULDU

End of content

No more pages to load

RADİO