Azərbaycan Respublikasının Kosmik Agentliyi yaradıldı — RƏSMİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərman Azərbaycanda kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alınıb.

Fərmana əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb.

Qeyd olunub ki, Agentlik “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Müəyyən edilib ki, Agentlik kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri peyk xidmətlərindən əldə olunan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılır.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

- idarəetmə orqanlarının yaradılması;

- Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

- Agentliyin yenidən təşkili və ləğvi.

Nazirlər Kabinetinə:

- Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

- Agentliyin strukturunun təsdiqi;

- “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə:
- Agentliyin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

- Agentliyin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

- Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

- xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

Agentliyə isə əməyin ödənişi fondunun, işçilərin əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) müəyyən edilməsi tapşırılıb.

Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirəcək.

Nazirlər Kabineti Agentliyin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməli və Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etməlidir.

Eyni zamanda Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bundan əlavə, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlik isə Agentliyin nizamnaməsinin və strukturunun layihələrini, habelə nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməli və Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görməlidir.

Eyni zamanda nazirlik bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tapşırıq vermişdin, bu səhnədə mən dayanacaqdım” - VİDEO

“Tapşırıq vermişdin, bu səhnədə mən dayanacaqdım” - VİDEO

Millimizin üzvü əməliyyat olundu

Millimizin üzvü əməliyyat olundu

"7 aylıq hamiləyəm, bir neçə gün öncə rəsmi nikaha girmişik" - VİDEO

"7 aylıq hamiləyəm, bir neçə gün öncə rəsmi nikaha girmişik" - VİDEO

Cənubi Afrika Respublikasının səfiri hoteldə ölü TAPILDI

Cənubi Afrika Respublikasının səfiri hoteldə ölü TAPILDI

Daha 4 boksçumuz MDB Oyunlarında yarımfinala YÜKSƏLDİ

Daha 4 boksçumuz MDB Oyunlarında yarımfinala YÜKSƏLDİ

Stressdən qurtulmağın QEYRİ-ADİ YOLU tapıldı - ARAŞDIRMA

Stressdən qurtulmağın QEYRİ-ADİ YOLU tapıldı - ARAŞDIRMA

"Danışacağam, ehtiyatlı olsunlar" - Həmkarlarını HƏDƏLƏDİ

"Danışacağam, ehtiyatlı olsunlar" - Həmkarlarını HƏDƏLƏDİ

İkinci Liqa: “Xankəndi”dən növbəti QƏLƏBƏ

İkinci Liqa: “Xankəndi”dən növbəti QƏLƏBƏ

Zelenski Zaporojye AES-də kritik vəziyyətin olduğunu BƏYAN ETDİ - VİDEO

Zelenski Zaporojye AES-də kritik vəziyyətin olduğunu BƏYAN ETDİ - VİDEO

“Kopenhagen”in baş məşqçisi: “Məqsədimiz qələbə qazanmaqdır”

“Kopenhagen”in baş məşqçisi: “Məqsədimiz qələbə qazanmaqdır”

Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə CƏZA İSTƏNİLDİ

Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinə CƏZA İSTƏNİLDİ

Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi MÜZAKİRƏ EDİLDİ

Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi MÜZAKİRƏ EDİLDİ

Bu futbolçunun “Sumqayıt”a keçidində problem YARANDI

Bu futbolçunun “Sumqayıt”a keçidində problem YARANDI

Goranboyda hərbi texnika daşıyan yük maşını YANDI

Goranboyda hərbi texnika daşıyan yük maşını YANDI

Tramp: “Nobel Sülh Mükafatını alacağıma inanmıram” - VİDEO

Tramp: “Nobel Sülh Mükafatını alacağıma inanmıram” - VİDEO

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü QEYD OLUNDU - FOTO

Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü QEYD OLUNDU - FOTO

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Toyuğun ƏN FAYDALI hissəsi açıqlandı

Toyuğun ƏN FAYDALI hissəsi açıqlandı

Voleybolçularımız III MDB Oyunlarında QƏLƏBƏ QAZANDILAR

Voleybolçularımız III MDB Oyunlarında QƏLƏBƏ QAZANDILAR

Sumqayıt yolunda AĞIR QƏZA baş verib - VİDEO

Sumqayıt yolunda AĞIR QƏZA baş verib - VİDEO

Türk Hava Yolları İrəvana uçuşlar HƏYATA KEÇİRƏCƏK

Türk Hava Yolları İrəvana uçuşlar HƏYATA KEÇİRƏCƏK

İtaliya Prezidentinin şərəfinə rəsmi ZİYAFƏT VERİLDİ

İtaliya Prezidentinin şərəfinə rəsmi ZİYAFƏT VERİLDİ

Nəzrin Mansurlunun ölümü ilə bağlı plastik cərrahın MƏHKƏMƏSİ KEÇİRİLDİ

Nəzrin Mansurlunun ölümü ilə bağlı plastik cərrahın MƏHKƏMƏSİ KEÇİRİLDİ

Qarabağ atları Çempionlar Liqasının oyununda!

Qarabağ atları Çempionlar Liqasının oyununda!

End of content

No more pages to load

RADİO