ABŞ-da dünyada ilk dəfə donuz böyrəyi köçürülən şəxs ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülən 62 yaşlı Sleyman adlı kişi əməliyyatdan 2 ay sonra həyatını itirib.
Qeyd edək ki, bu il martın 16-da Massaçusets ştat hospitalında dünyada ilk dəfə insana genetik modifikasiya olunmuş donuz böyrəyi köçürülüb. Üzərində 69 genetik dəyişiklik aparılmış donuz böyrəyinin köçürülməsi əməliyyatı 4 saat davam edib. Böyrək xəstəliyinin son mərhələsində olan şəxs əməliyyatdan 2 həftə sonra xəstəxanadan evə buraxılmışdı.
Bizim.Media