Rusiyanın Komi Respublikasının Peçora şəhərində beşmərtəbəli bina qismən çöküb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, binanın bir blokunun bir neçə mərtəbəsi uçub. Hadisə zamanı xəsarət alan olmayıb.
Yaşayış binası qəzalı vəziyyətdə olduğundan 5-i azyaşlı olmaqla,14 nəfər binadan təxliyə edilib.
Hazırda ərazidə dağıntıların təmizlənməsi işləri aparılır.
Şəhər meri jurnalistlərə açıqlamasında bildirib ki, bina uzun illər əvvəl tikilmiş yataqxana binasıdır.
Bizim.Media