Ərdoğan: “Avropada türklərə qarşı ayrı-seçkilik adi hala çevrilir”

Avropa qitəsində getdikcə artan islamofobiya, ksenofobiya və irqçilik orada yaşayan xalqımızın nümayəndələri və miqrantlar üçün ən böyük narahatlıq mənbələrindən biridir. Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir.

Bizim.Media xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Günü münasibətilə yayımladığı mesajında yer alıb.

Mesajında bölgədə baş verən qarşıdurmalara diqqət çəkən Türkiyə Prezidenti bildirib ki, Avropa və ümumi coğrafiyamıza təsir edən böhranlar, münaqişələr və müharibələr həll edilməməyə məhkum olduqca bu dəyərlərə qarşı şübhələr artmaqda davam edəcək. Mövcud geosiyasi konyunkturada Avropa İttifaqının (Aİ) geniş Avropa coğrafiyası və Aralıq dənizi hövzəsində əhatəli, əməkdaşlıq çərçivəsində və bərabərhüquqlu siyasət yürütməsi qitəmizin gələcəyi üçün həmişəkindən daha vacib hal alıb.

Genişlənmə siyasətinin gücləndiyi bu kritik məqamda Türkiyə ilə Aİ-nin münasibətlərinin əsasını təşkil edən üzvlük danışıqları da daxil olmaqla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyin və onları daha möhkəm təməl üzərində yerləşdirməyin vaxtının çoxdan çatdığını vurğulayan Ərdoğan deyib:
“Aİ-nin ölkəmizlə münasibətlərini əhdə vəfa prinsipi çərçivəsində ədalətli və nəticəyönlü yanaşma ilə davam etdirməsi, münasibətlərimizi çıxılmaz vəziyyətə salan siyasət və ifadələrdən çəkinməsi həyati əhəmiyyət kəsb edir. 

Aİ-nin qlobal güc statusuna da mənfi təsir edən ölkəmizə qarşı tətbiq olunan uzaqlaşdırma siyasəti qarşısında Türkiyə sahib olduğu strateji imkan və qabiliyyətlərindən istifadə etmək, eləcə də onları inkişaf etdirməkdən çəkinməyəcək. Fürsətdən istifadə edərək bir daha xatırlatmaq istəyirəm ki, Türkiyə olaraq gələcəkdə daha firavan, daha həmrəy, daha açıq, ölkəmizin layiq olduğu yeri tutduğu bir Avropa masası üçün birlikdə çalışmağa hazırıq. Bu fikirlərlə başda Türkiyə vətəndaşları olmaqla bütün avropalıları 9 May - Avropa Günü münasibətilə təbrik edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona"nın baş məşqçisi futbolçularına XƏBƏRDARLIQ ETDİ

"Barselona"nın baş məşqçisi futbolçularına XƏBƏRDARLIQ ETDİ

Su qaynadıqdan neçə dəqiqə sonra yumurta hazır olur?

Su qaynadıqdan neçə dəqiqə sonra yumurta hazır olur?

ABŞ qoşunları İraqdakı aviabazanı TƏRK EDİB

ABŞ qoşunları İraqdakı aviabazanı TƏRK EDİB

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

"Hamı deyir ki, bu nə iydir sizdən gəlir?" - Sakinlər acınacaqlı vəziyyətdə - VİDEO

"Hamı deyir ki, bu nə iydir sizdən gəlir?" - Sakinlər acınacaqlı vəziyyətdə - VİDEO

Arteta "Real"ın baş məşqçisi OLA BİLƏR

Arteta "Real"ın baş məşqçisi OLA BİLƏR

Amerikalı senator İranda baş verənlər HAQDA: “Rejimin günləri sayılıdır”

Amerikalı senator İranda baş verənlər HAQDA: “Rejimin günləri sayılıdır”

İrandakı hadisələr Azərbaycanda farel balıqların qiymətini BAHALAŞDIRDI - VİDEO

İrandakı hadisələr Azərbaycanda farel balıqların qiymətini BAHALAŞDIRDI - VİDEO

Xamenei: "Xalqın dolanışığı çətindir"

Xamenei: "Xalqın dolanışığı çətindir"

“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi

“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi

İsrail ordusu HƏMAS komandirlərini zərərsizləşdirdi - FOTO

İsrail ordusu HƏMAS komandirlərini zərərsizləşdirdi - FOTO

Göygöldə 30 yaşlı kişi toyda BIÇAQLANDI

Göygöldə 30 yaşlı kişi toyda BIÇAQLANDI

Azərbaycanlı aktyorun TOYU OLDU - VİDEO

Azərbaycanlı aktyorun TOYU OLDU - VİDEO

Türkiyə balı dünyanın ƏN BAHALI MƏHSULU seçildi

Türkiyə balı dünyanın ƏN BAHALI MƏHSULU seçildi

Vətəndaşlara XƏBƏRDARLIQ: İki min manatadək cərimə oluna bilərsiniz - VİDEO

Vətəndaşlara XƏBƏRDARLIQ: İki min manatadək cərimə oluna bilərsiniz - VİDEO

“Qarabağ”la matçdan öncə rəqib baş məşqçisi ilə sağollaşa bilər

“Qarabağ”la matçdan öncə rəqib baş məşqçisi ilə sağollaşa bilər

Rusiya ordusu Xarkova hava zərbələri endirdi - VİDEO

Rusiya ordusu Xarkova hava zərbələri endirdi - VİDEO

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir? - VİDEO

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir? - VİDEO

Suriya ordusu 2 aeroportu ələ keçirdi

Suriya ordusu 2 aeroportu ələ keçirdi

"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?

"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Tramp Xamenei HAQDA: “Bu adam xəstədir”

Tramp Xamenei HAQDA: “Bu adam xəstədir”

Elza Seyidcahanı efirdə lağa qoyanları qınadı - VİDEO

Elza Seyidcahanı efirdə lağa qoyanları qınadı - VİDEO

Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi

Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi

End of content

No more pages to load

RADİO