Bakıda ictimai nəqliyyatda cibgirlik - ANBAAN VİDEO

Polis əməkdaşları ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyat vasitəsi olan avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat  həyata keçirilib.

Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş şəxslər Sumqayıt şəhər sakini Nəsimi Babayev və paytaxt sakini Mirfədai Mircəfərli saxlanılıblar. Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda 25 nəfərin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

Qeyd edək ki, Nəsimi Babayev cibgirlik edəndən sonra əldə etdiyi əşyaları yanında dayanan Mirfədai Mircəfərliyə ötürürmüş.

Sonuncu isə öz növbəsində hadisə yerindən uzaqlaşırmış. Bu iki şəxsin etdiyi cibgirlik cinayətlərinin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Onlar ifadələrində cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaların içində olan sənədləri və bankomat kartlarını yandırdıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarının qeyd ediblər.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan daha iki nəfər saxlanılıb.

Əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Sumqayıt şəhər sakinləri Bəradər Ağamalıyev və Şahin Rizvanov tutulublar. Əldə edilən kamera görüntülərindən və bu şəxslərin ətraflarında aparılan əməliyyat tədbirlərindən sonra müəyyən edilib ki, onlar hər gün Sumqayıtdan Bakıya gələrək paytaxt ərazisindəki avtobuslarda cibgirliklər ediblər.

Qeyd edək ki, saxlanılan zaman Bəradər Ağamalıyev və Şahin Rizvanovun üzərindən 4 qrama yaxın heroin və cibgirlik edən zamanı əldə etdikləri bank kartlarından bəziləri aşkar olunaraq götürülüb.

Aşkar edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Nəsimi Babayev, Mirfədai Mircəfərli, Bəradər Ağamalıyev və Şahin Rizvanovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə, Bakı Şəhər Baş Polis İdarəsi və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə zəng etmələri xahiş olunur, - deyə DİN-in məlumatında bildrilib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anri mükafatlandırıldı - FOTO

Anri mükafatlandırıldı - FOTO

Baş Prokurorluq Kamran Əsədov və digərləri barəsində cinayət işi ilə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq Kamran Əsədov və digərləri barəsində cinayət işi ilə bağlı MƏLUMAT YAYDI

Türkiyə ərazisində PUA qəzaya uğrayıb - FOTO

Türkiyə ərazisində PUA qəzaya uğrayıb - FOTO

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

"Qarabağ"dan zədəli futbolçularla bağlı AÇIQLAMA

"Qarabağ"dan zədəli futbolçularla bağlı AÇIQLAMA

Bakıda FACİƏ: Gənc qız 14-cü mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: Gənc qız 14-cü mərtəbədən yıxılıb öldü

Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ

Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Putin: “Seçkilər dövründə Ukraynanın dərinliklərinə zərbələri dayandırmağa hazırıq” - VİDEO

Putin: “Seçkilər dövründə Ukraynanın dərinliklərinə zərbələri dayandırmağa hazırıq” - VİDEO

Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub

Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular – FOTO

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular – FOTO

“Qarabağ”ın rəqibindən YENİ TRANSFER

“Qarabağ”ın rəqibindən YENİ TRANSFER

Ov mövsümü açıq elan edilir – BU TARİXDƏN

Ov mövsümü açıq elan edilir – BU TARİXDƏN

Əhməd İsmayılov Burhanettin Duranla görüşdü – FOTO

Əhməd İsmayılov Burhanettin Duranla görüşdü – FOTO

Azərbaycan bu ölkə ilə diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad EDƏCƏK

Azərbaycan bu ölkə ilə diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad EDƏCƏK

İki dəfə ölüm xəbəri yayıldı, anası buna dözməyib dünyasını dəyişdi – Ağakərimin HƏYAT HEKAYƏSİ

İki dəfə ölüm xəbəri yayıldı, anası buna dözməyib dünyasını dəyişdi – Ağakərimin HƏYAT HEKAYƏSİ

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Somalidən Azərbaycana qoyun əti bu məqsədlə gətirilib – RƏSMİ AÇIQLAMA

Somalidən Azərbaycana qoyun əti bu məqsədlə gətirilib – RƏSMİ AÇIQLAMA

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

“Anası həyətə baxanda gördü ki, suyun üzündədir...” – FOTO

“Anası həyətə baxanda gördü ki, suyun üzündədir...” – FOTO

Nazir müavini: “Aqrar sahədə ciddi kadr çatışmazlığı var"

Nazir müavini: “Aqrar sahədə ciddi kadr çatışmazlığı var"

AFFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

AFFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi

Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi

Ağamirzədən Ağakərimin ölümü ilə bağlı AÇIQLAMA – “Bir saat əvvəl...” – ÖZƏL

Ağamirzədən Ağakərimin ölümü ilə bağlı AÇIQLAMA – “Bir saat əvvəl...” – ÖZƏL

End of content

No more pages to load

RADİO