Rusiya öz hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərindən çıxarılmasını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, bu məsələ dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya
Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə razılaşdırılıb.
Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar” – Peskov qeyd edib.
Bizim.Media