Şimali Makedoniyada parlament seçkiləri və prezident seçkilərinin ikinci turunun səsverməsi yekunlaşıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, səsvermə Bakı vaxtı ilə 21:00-da başa çatıb.
Məlumata görə, parlament seçkilərində 827 mindən çox vətəndaş (45,85 %) səs verib, prezident seçkilərinin ikinci turunda isə 706 mindən çox seçici (39,27 %) iştirak edib.
Bizim.Media