“Virtual Qərbi Azərbaycan” platforması təqdim edildi – FOTO  

Mayın 8-də Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı olub. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatdan əvvəl çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən Qərbi Azərbaycanla bağlı dəqiq hədəfləri və məqsədləri müəyyənləşdirdi. Bununla əlaqədar, həmçinin Heydər Əliyev Fondu qarşısında bəzi fəaliyyət istiqamətləri durur. Bunlardan biri arxivlərlə işin aparılmasıdır. Ötən müddət ərzində Heydər Əliyev Fondu həm Gürcüstanda, həm də Rusiyada olan arxivlərdə Qərbi Azərbaycanın tarixi, ictimai-siyasi, sosial həyatı ilə bağlı bir sıra sənədlər aşkarlayıb. Bunlardan ən vacib 8 min sənəd Gürcüstan arxivindən aşkar edilib. Onların ən qısa müddətdə Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. 


O cümlədən ötən müddətdə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Qərbi Azərbaycan İcması ilə birlikdə Bakıda və regionlarda könüllülərin, gənclərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirib. Bildirilib ki, təqdim edilən “Virtual Qərbi Azərbaycan” platforması həm də tarixi həqiqətlərin çatdırılması istiqamətində vacib rol oynayacaq. 
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun ötən müddətdə müstəsna xidmətləri olub. O, yeni yaradılan platformanın Qərbi Azərbaycana qayıdışa töhfəsini verəcəyini inandığını qeyd edib. 

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa isə çıxışında bildirib ki, platformanın ən böyük xüsusiyyəti onun BMT-nin işlək dillərində təqdim edilməsi və Qərbi Azərbaycana qayıdışın yol bələdçisi olmasıdır. 

Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov vurğulayıb ki, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işini görməklə bərabər, qayıdışa inanmaq da lazımdır. 

Çıxışlardan sonra “Virtual Qərbi Azərbaycan” platforması təqdim olunub. 

Bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən hazırlanan platforma Azərbaycan, ingilis, rus və ispan dillərindədir. Burada yerləşdirilmiş materiallar Qərbi Azərbaycanın tarixi, elm və mədəniyyəti, erməni vandalizminin araşdırılması ilə məşğul olan alimlərin kitabları və dövri mətbuatda, elmi jurnallarda dərc olunmuş yazılar və məqalələr əsasında hazırlanıb. 

Platformanın əsas səhifəsində bugünkü Ermənistanın bütün ərazisini əhatə edən tarixi Qərbi Azərbaycan torpaqlarının interaktiv xəritəsi əksini tapıb. 

Kontent “Tarix”, “Elm və mədəniyyət”, “Erməni vandalizmi”, “Resurslar”, “Şahid ifadələri” bölmələrində təqdim edilir. Eyni zamanda, burada Qərbi Azərbaycan tarixi ilə bağlı foto və videolar, xəritələr yer alıb. 

Platformada, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqlərində Qərbi Azərbaycan məsələsi ilə bağlı fikirləri təqdim olunur. 


Platformanın “Əlaqəli veb-resurslar” bölməsində keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, Qarabağ münaqişəsi zamanı mədəni irs və təbii sərvətlərimizə qarşı törədilmiş erməni cinayətləri, Xocalı soyqırımı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və Azərbaycan tarixinin ən şanlı səhifəsi hesab edilən 44 günlük müharibə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri ilə bağlı məlumatların yer aldığı resurs bazaları öz əksini tapıb. 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu həftə inanılmaz dərəcədə şanslı olacaq BÜRCLƏR

Bu həftə inanılmaz dərəcədə şanslı olacaq BÜRCLƏR

“İsrailə qarşı sərt sanksiyalar tətbiq olunmasa, Fələstinin tanınması nəticə verməyəcək” - Ərdoğan

“İsrailə qarşı sərt sanksiyalar tətbiq olunmasa, Fələstinin tanınması nəticə verməyəcək” - Ərdoğan

Əli Əsədov Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü ilə görüşdü - FOTO

Əli Əsədov Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü ilə görüşdü - FOTO

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan DANIŞDI

“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan DANIŞDI

"Sonsuz qardaşlıq - IV" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO/VİDEO

"Sonsuz qardaşlıq - IV" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO/VİDEO

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT/VİDEO

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT/VİDEO

Hüseynin hədiyyəsi xanımını kövrəltdi - Video

Hüseynin hədiyyəsi xanımını kövrəltdi - Video

XƏBƏRDARLIQ! Bakıda və rayonlarda leysan yağacaq – BU TARİXƏDƏK

XƏBƏRDARLIQ! Bakıda və rayonlarda leysan yağacaq – BU TARİXƏDƏK

İlham Əliyev Selçuk Bayraktaroğlunu qəbul etdi – FOTO

İlham Əliyev Selçuk Bayraktaroğlunu qəbul etdi – FOTO

Əməliyyatsız burunşəkilləndirmə təhlükəsi – Mütəxəssisdən MÜHÜM XƏBƏRDARLIQ

Əməliyyatsız burunşəkilləndirmə təhlükəsi – Mütəxəssisdən MÜHÜM XƏBƏRDARLIQ

Kirayə mənzil mexanizmindən faydalanan ailələrin SAYI AÇIQLANDI

Kirayə mənzil mexanizmindən faydalanan ailələrin SAYI AÇIQLANDI

Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO

Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO

Nanənin verilişi bağlandı

Nanənin verilişi bağlandı

İş yerləri dəyişdiriləcək müəllimlərin NƏZƏRİNƏ!

İş yerləri dəyişdiriləcək müəllimlərin NƏZƏRİNƏ!

Bu il Azərbaycana gətirilən avtomobillərin SAYI

Bu il Azərbaycana gətirilən avtomobillərin SAYI

Qadınlarda tiroid xəstəlikləri ARTIR – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Qadınlarda tiroid xəstəlikləri ARTIR – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?

Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?

İşçi Qrupda onlar da yer aldı – SİYAHI

İşçi Qrupda onlar da yer aldı – SİYAHI

"Tinder" fırıldaqçısı" Gürcüstanda HƏBS EDİLDİ

"Tinder" fırıldaqçısı" Gürcüstanda HƏBS EDİLDİ

Direktor əməkdaşdan işdən çıxmağı tələb edir?

Direktor əməkdaşdan işdən çıxmağı tələb edir?

"Vüsal 300" kimi tanınan iş adamı HƏBS EDİLDİ

"Vüsal 300" kimi tanınan iş adamı HƏBS EDİLDİ

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? – Ekoloqdan SENSASİON AÇIQLAMA

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər? – Ekoloqdan SENSASİON AÇIQLAMA

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR!

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR!

End of content

No more pages to load

RADİO