Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin dörd ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 27,1 faiz azalıb.
Bizim.Media Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadən xəbər verir ki, AÇG yatağından bu ilin əvvəlindən mayın 1-i tarixinə 1 milyard 798,6 milyon dollar gəlir əldə olunub.
Ötən ilin müvafiq dövründə AÇG yatağından 2 milyard 468 milyon dollar gəlir əldə edilmişdi.
Bizim.Media