AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq

Yayın gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL Avropa və Asiya şəhərlərinə uçuş proqramını genişləndirməyi planlaşdırır və sərnişinlərinə 60-a yaxın istiqamət üzrə uçuşlar təklif edir. 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu yay “Azərbaycan Hava Yolları” aviaşirkəti sizi Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Pakistan və digər ölkələrin bir çox şəhərlərinə səyahət etməyə dəvət edir.

Aviaşirkətin Avropa üzrə uçuş coğrafiyası iyun ayından etibarən Buxarest və Sofiyaya reyslərin açılması ilə daha da genişlənəcək.

Yayda AZAL sərnişinlərinin səyahət edə biləcəyi Avropa şəhərlərinin ümumi sayı 10-a qədər artacaq.

Belə ki, səyahətçilər, məsələn, ləzzətli yerli mətbəxdən zövq almaq üçün İtaliyaya, çimərlikdə dincəlmək və müxtəlif bayramlarda iştirak etmək üçün İspaniyaya, gözəl dağ mənzərələrini izləmək üçün Avstriyaya, orta əsr qalalarını ziyarət etmək üçün Çexiyaya və bir çox digər ölkələrə yollana bilərlər. 

Aviaşirkət Qara dəniz, Aralıq dənizi və Egey dənizindəki çimərlik kurortlarına, eləcə də Qırmızı dəniz və Fars körfəzi sahillərində yerləşən şəhərlərə və digər mükəmməl istirahət məkanlarına çox sayda uçuşlar təklif edir. AZAL-ın reysləri ilə sərnişinlərin Bakıdan Barselona, Batumi, Soçi, Trabzon, Antalya, Dalaman, Bodrum, İzmir kimi heyrətamiz yerlərə, həmçinin Dubay, Tivat, Bəhreyn və gözəl çimərlikləri və maraqlı görməli yerləri olan dünyanın digər şəhərlərinə səfər etmək imkanı var. 

Yeni mədəniyyət və ənənələrə qərq olmaq istəyən səyahətçilər aviaşirkətin Pekin, Mumbay, Nyu-Dehli, İslamabad, Kəraçi və ya Lahor kimi istiqamətləri üzrə səyahət edə bilərlər. 

Bu ilin yay cədvəli çərçivəsində, xüsusən də məşhur beynəlxalq marşrutlarda, uçuşların tezliyinin əhəmiyyətli dərəcədə artırılması səyahətlərin planlaşdırılmasında rahatlığı təmin edəcək. Uçuş tezliklərinin artacağı istiqamətlərə Berlin, Moskva, Sankt-Peterburq, Ufa, Soçi, Antalya, İzmir, Trabzon, Bodrum, Tel-Əviv, Kişineu, Almatı, Batumi, Pekin, Sofiya, Tivat, Dammam, Dehli, Mumbay və s. daxildir. 

Qeyd edək ki, 2022-ci ildə “Azərbaycan Hava Yolları” aviaşirkəti yay cədvəli çərçivəsində 27 istiqamət təklif edib, 2023 və 2024-cü illərdə bu göstərici 2 dəfədən çox artaraq müvafiq olaraq 55 və 58 istiqamətə çatıb. 

AZAL-ın bu yay beynəlxalq istiqamətlər üzrə ən çox reys həyata keçirəcəyi şəhərlər siyahısında ilk beşlikdə İstanbul, Antalya, Moskva, Dubay və Tbilisi yer alır. 

AZAL ilə unudulmaz anlar yaşamaq fürsətini qaçırmayın! Aviaşirkət tələbatın yüksək olduğu yay aylarında – tətil və məzuniyyət dövründə səyahət xərclərinə qənaət etmək üçün səfərinizi əvvəlcədən planlaşdırmağı tövsiyə edir. 
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala, mobil tətbiqinə daxil ola, eləcə də AZAL-ın kassalarına və akkreditə olunmuş agentliklərinə müraciət edə bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

End of content

No more pages to load

RADİO