Heydər Əliyev Fondunun 20 illiyi belə qeyd edildi - FOTO/VİDEO

Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı təqdim olunub. Konsert Fondun yaradılmasının 20 illiyinə həsr edilib.

Bizim.Media xəbər verir ki, konserti Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər.

Konsert proqramı Heydər Əliyev Fondunun fəaliyyətinə, mədəniyyət sahəsində gördüyü işlərə dair videoçarxın nümayişi ilə başlayıb.
Videoçarxda diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu 2004-cü ildə Ulu Öndərin siyasətini əks etdirmək, yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılıb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond 20 il ərzində saysız-hesabsız uğurlara nail olub, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini verib. Heydər Əliyev Fondu, həmçinin ölkəmizin dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində yorulmaz fəaliyyət göstərib.

Fondun yubiley konserti həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyıb. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinin inkişafına dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.

Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına, onların inkişafına təkan verib.

Bugünkü konsert proqramında da məhz bu incəsənət xadimləri, - yaradıcılıqlarında Heydər Əliyev Fondunun iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi mədəniyyət və incəsənət xadimləri, - Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və digərləri çıxış ediblər.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verdi

Ən DALAŞQAN bürclər açıqlandı

Ən DALAŞQAN bürclər açıqlandı

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var – FOTO

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

End of content

No more pages to load

RADİO