İsrailin Baş naziri Benyamin Netanyahu növbəti seçkilərdə İsrailin baş naziri postuna yenidən namizəd olmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəşr yazır ki, Netanyahu 7 oktyabr Qəzzaya hücum qərarı ilə bağlı uğursuzluğuna və israillilərin dəstəyini itirməsinə baxmayaraq, ölkəyə rəhbərlik etməyə davam etməli olduğunu hesab edir.
İsrailin 12-ci kanalının son sorğusuna görə, Netanyahunun istefası ilə bağlı suala respondentlərin 58%-i “bəli, dərhal” cavabını verib.
Hazırkı koalisiya partiyalarının seçiciləri arasında 28% də belə hesab edir.
Bizim.Media