"2024-cü ilin birinci rübündə Əmək və Əhalnin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilən müavinət, təqaüd və pensiyaların həcmi 2 milyard 183 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur".
Bizim.Media xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən Forumda deyib.
O bildirib ki, son 5 ildə minimum pensiyaların həcmində 2,5 dəfə artım var.
Nazir həmçinin vurğulayıb ki, son 5 ildə bağlanan 530 min müqavilənin 440 mini özəl sektorun payına düşür.
Alçina Amilqızı, Bizim.Media