“ABŞ bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini yüksəkvəzifəli ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı hər hansı məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan məlumat verib.
O qeyd edib ki, ABŞ Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırmasından narahatdır.
Bizim.Media